Düşmənin 50 nəfərədək canlı qüvvəsi məhv edildi – VİDEObackend

Düşmənin 50 nəfərədək canlı qüvvəsi məhv edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

Bu barədə NOCOMMENT.az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim edirik.