Düşmənin məhv edilən döyüş texnikaları – SİYAHIbackend

Düşmənin məhv edilən döyüş texnikaları – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

230-dək tank və digər zirehli texnika;

250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

38 ədəd hava hücumundan müdafiə vasitələri;

10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

7 silah-sursat anbarı;

130-dan artıq avtomobil texnikası;

1 ədəd “S-300” zenit-raket kompleksi.