Duz immuniteti azaldır, insanı zəiflədir – Alimlərbackend

Duz immuniteti azaldır, insanı zəiflədir – Alimlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belçika və Almaniya alimləri orqanizmdə aşırı duzun immun sistemə təsirini araşdırıb.
NOCOMMENT Medicina-ya istinadən xəbər verir ki, immun sistemin əsas tənzimləyici hüceyrələri T hüceyrələrin natriuma cavabı öyrənilib.
T hüceyrələr iltihabi proseslə normal immun balansı tənzimləyir, orqanizmə yad bakteriyalara hücum edir.
Məhz T hüceyrlərin işində zəifləmə autoimmun xəstəliklərə, eləcə də dağınıq skleroza səbəb olur.
Müşahidələr göstərib ki, çox duz qəbulu T hüceyrələrin funksiyasını zəiflədib, autoimmun fenotip yarada da bilir.
Amma natriumun hansı mexanizmlə T hüceyrələrə təsiri araşdırlmamışdı.
Məlum oldu ki, natrium hüceyrə membranını qidalandıran enerji stansiyaları – mitoxondriyaları blok edir. Məhz bu mexanizm genlərin zədələnməsinə və nəticədə autoimmun xəstəliklərə səbəb olur.
Sübut olunub ki, hətta qısamüddətli olaraq mitoxondriyaların pisləşməsi uzun müddət immun sistemi söndürür.
Alimlər bu qərara gəlib ki, duz və duzlu qidalar T hüceyrələrin disfunksiyasına səbəb olaraq, xəstəliklər yaradır.
T hüceyrələr bədxassəli şiş hüceyrələrinə də hücüm edir. Əgər T hüceyrələr zəifləsə onkoloji xəstəliklər də aktivləşir.