Duz xərçəngin dərmanı ola bilər – Alimlərbackend

Duz xərçəngin dərmanı ola bilər – Alimlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onkoloji xəstəliklərlə mübarizədə masamızda olan duzun möcüzəvi təsiri araşdırılıb.

 

NOCOMMENT.az medicina.az-a istinadən xəbər verir ki, Fridrix Şiller adına universitetin professoru Kristina Zelinski son elmi işində adi duzla maraqlı nəticələr alıb.

 

Onlar duzun immun sistemini möhkəmləndirdiyini görüblər.

 

Xörək duzu tibdə xlorid natriy kimi qeyd olunur.

 

Onkoloji xəstəliklərlə mübarizədə əsas T – killer hüceyrələr rol oynayır. Bəzi ağ qan hüceyrələri şiş hüceyrələrini tanıyıb onları məhv edə bilir.

 

Yeni terapiyada pasiyentin öz immun hüceyrələri qan plazmasından alınır, laboratoriyada çoxaldılır və yenidən xəstəyə köçürülür.

 

Alimlər T hüceyrələrin effektivliyinin natriy ionları ilə artdığını müşahidə ediblər.

 

Şişlərin özündə də yüksək natriy konsentrasiyası var. Məsələn, süd vəzi şişlərində natriy konsentrasiyası çoxdur, ona görə də bu pasiyentlər daha uzun müddət yaşayır.

 

Dİgər elmi işlər sübut edib ki, natriy digər T hüceyrələri də aktivləşdirir ki, autoimmun xəstəliklərin qarşısını alsın.

 

Eksperimentdə siçanlara duzla işlənmiş T hüceyrələr köçürülüb.

 

Nəticədə onlarda metobolik proseslər yüksəlib. Belə ki, şəkərin udulması nəticəsində hüceyrə daxili enerji artıb.