Düzgün ətir seçimi və istifadəsibackend

Düzgün ətir seçimi və istifadəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud ulduzları və dünya liderləri üçün xüsusi ətir hazırlayan  ətriyyatçılar ətirlə bağlı doğru bilinən yanlışlar haqqında məlumat veriblər. Mütəxəssislər bildiriblər ki, insanlar əsasən burun zövqlərinə görə ətir seçirlər. Ancaq ətir seçərkən dəri sağlamlığına da diqqət yetirilməlidir. Bir ətirin qoxusu sizə xoş gələ bilər ancaq onu dəri qəbul etmirsə, qısa müddətdə vurduğunuz qoxunun itmə ehtimalı yüksəkdir.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər orijinal və saxta ətirləri ayırd etmə yöntəmləri haqqında da məlumat veriblər. Bildiriblər ki, orijinal parfümün qoxusu dərinizə sıxdıqdan 3-4 dəqiqə sonra, saxta ətirin isə qoxusu həmin an ətrafa yayılır. Həmçinin ekspertlər iş görüşmələrinə gedərkən yüngül ətirlərdən istifadə etməyi və ya heç istifadə etməməyi məsləhət görüblər.

Parfüm haqqında deyilən yanlışlardan biri də ətirin qulaq dibinə sıxılmasıdır. Parfümün  şah damarlarına, boyundan aşağı enən bölgəyə, qolların iç qisminə, kişilərdə isə qolların üzərinə, sinə, dirsək və diz qapağının arxa bölgələrinə vurulması daha məqsədə uyğundur.

Adətən ətir seçərkən burun yorulur və iy alma qabiliyyətini itirir. Həmin an qəhvə iyləmək məcburiyyətində qalırıq. Ancaq qəhvə buruna şok təsiri verir.Bu da, sonradan bəyənməyəcəyimiz ətiri seçməyimizə səbəb olur.

Ətir seçərkən çalışın ki, kağız çubuqlara deyil, biləklərinizə sıxıb yoxlayın. Biləklərə sıxdıqdan 3-4 saat sonra qərar verməyiniz daha məqsədə uyğundur. O zaman seçdiyiniz ətrin sizin üçün uyğun olub olmadığını dəqiq anlaya bilərsiniz.

Getdiyiniz məkanlarda özünüzdən sonra iz qoymaq istəyirsinizsə darağınıza parfüm sıxaraq nəm halda saçlarınızı darayın. Bu üsul parfumün uzun müddət qalmasına və ətrafa yayılmasına kömək edir.