DYP: Bu regionlarda nişanlanma xətləri bərpa olunurbackend

DYP: Bu regionlarda nişanlanma xətləri bərpa olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dislokasiya ilə təhkim olunmuş avtomobil yollarında aparılan müayinələr, eləcə də Dövlət Yol Polisi qurumlarından, media və ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlar əsasında hazırlanmış layihələrin icrası Baş idarəyə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələrinin əməkdaşları tərəfindən mərhələli şəkildə həyata keçirilir.

Baş Dövlət Yol Polisi İdarəsindən NOCOMMENT.az-a bildiriblər ki, hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Xaçmaz, Tovuz, Zərdab, Şəki və Tərtərdə istismar müddəti keçmiş, mənaları anlaşılmayan yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, yol-cizgi işarələrinin, silinmiş nişanlanma xətlərinin bərpası həyata keçirilir.