DYP-dən polisin “Saxla” əmrinə tabe olmayanlara XƏBƏRDARLIQbackend

DYP-dən polisin “Saxla” əmrinə tabe olmayanlara XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Dövlət Yol Polisi paytaxtda polisin “Saxla” əmrinə – işarəsinə tabe olmayan sürücülərə xəbərdarlıq edib.

Bu barədə NOCOMMENT.az açıqlamasında idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, son zamanlar bəzi sürücülərin yol polisi tərəfindən nəqliyyat vasitəsinin saxlanmaq tələbini yerinə yetirməməsi kimi hallarla rastlaşılır:

“Bu cür vəziyyət isə yollarda sürücülərin və hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır. Belə məsuliyyətsiz addımları atan sürücüləri cərimə ilə yanaşı, inzibati həbs cəzası da gözləyir.”.

“Bir daha sürücülərə müraciət edirik ki, hüquqla qorunan qaydalara hörmətlə yanaşsınlar, özlərini və ətrafdakı insanları təhlükəyə atmasınlar. Qanunların tələbləri çərçivəsində həyat tərzi keçirmək bizi məsuliyyətdən və bədbəxt hadisələrdən qoruyur”, – deyə idarə rəsmisi qeyd edib.

Xatırladaq ki, ötən gün Bakıda “Volkswagen” markalı 99-RP-760 dövlət nömrə nişanlı avtomobili idarə edən 1996-cı il təvəllüdlü Bakı şəhər, Səbail rayon sakini Nihat Arif oğlu Sadiqov Mirzəağa Əliyev küçəsində piyadaların hərəkətinə yol vermədiyi üçün ona yol polisi tərəfindən “Saxla” əmri verilib. Sürücü isə DYP əməkdaşının qanuni tələbinə tabe olmayıb. O, Səməd Vurğun-Neftçilər prospekti boyunca Azneft dairəsinə qədər əks istiqamətli yol zolağına çıxmaqla hərəkətini davam etdirib. Yol boyu hərəkət edərkən işıqforun qırmızı işığında hərəkətini davam etdirib, digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradıb. Sürücü 20 sutkalıq həbs edilib.