DYP-dən sürücülərə XƏBƏRDARLIQbackend

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Şəhər Dövlət Yol Polisi paytaxtın tıxac səbəbindən keçilməz yollarında tədbirləri gücləndirib”.

NOCOMMENT xəbər verir ki yol polisi tərəfindən küçələrdə, yolların hərəkət hissəsində və piyada səkilərində yol-hərəkət qaydalarını pozan sürücülərə qarşı reydlərə başlanılıb.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb:

“Dəfələrlə paytaxt yollarının, piyada səkilərinin zəbt olunması məsələsini vurğulasaq da, təəssüflər olsun ki, hələ də yolların hərəkət hissəsində, piyada səkilərində eyni növ problemlər gündəlik olaraq təkrarlanır. Yol polisi yenidən gücləndirilmiş tədbirlərə keçirib”.

“Bir daha sürücülərdən xahiş edirik ki, həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə bir hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”.

Oxu.az