DYP Əmlak Məsələləri Dövlət Xidmətini cərimələdibackend

DYP Əmlak Məsələləri Dövlət Xidmətini cərimələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Yol Polisi (DYP) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində inzibati qaydada protokol tərtib edib.

NOCOMMENT-in xəbərinə görə, Xətai Rayon Məhkəməsi protokola əsasən Əmlak Məsələləri Dövlət Xidmətini 300 manat məbləğində cərimə edib.

Dövlət qurumu İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Qərardan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verib.