Səfərə hazırlaşan sürücülər, ilk növbədə, nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlamasını təmin etməlidirlər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərinin başa çatması ilə əlaqədar respublikanın avtomobil yollarında gözlənilən vəziyyətlə bağlı sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək təhlükəsizlik üçün vacib şərtdir.













