DYP: Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıbbackend

DYP: Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

BDYPİ-dən NOCOMMENT-ə daxil olan müraciətdə deyilir:

“Bu gündən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 22-ci km-dən 23.5-ci km-dək olan yol sahəsində təmir işləri başlanılıb. Bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə DYP-nin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, Saray qəsəbəsinə gedən sürücülərə Bakı-Quba-Rusiya yolunun 16-cı km-də körpüdən keçməklə alternativ yoldan istifadə etmələri tövsiyə olunur”.