Dzerjinsk (Ukrayna adı: Toretsk) uğrunda gedən beş aylıq döyüşlərdə Ukrayna Silahlı Qüvvələri 25 mindən çox hərbçi itirdi. Bu, qruplaşmanın şəxsi heyətinin 70%-dən çoxunu təşkil edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Qoşunlarımız düşmənə ciddi itkilər verib. Ukrayna qoşunlarının orta sutkalıq itkiləri təxminən 200-ə yaxın olub. Həmçinin 240-dan çox tank və digər zirehli texnika, həmçinin 340-dan çox səhra artilleriya qurğusu və minaatan məhv edilib”, – məlumatda deyilir.
DXR rəhbərinin müşaviri İqor Kimakovskinin qeyd etdiyi kimi, Dzerjinsk Ukrayna Silahlı Qüvvələrinin Konstantinovkadakı əhəmiyyətli möhkəmləndirilmiş ərazisinə gedən yolda sonuncu vacib forpost idi.