Ebolanın dərmanı koronavirusun da qarşısını ala bilər?backend

Ebolanın dərmanı koronavirusun da qarşısını ala bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da alimlər təcrübə altında olan makakaları koronavirusun ağır formalarından qoruya biliblər.

NOCOMMENT.az xəbər verir ki, eksperimentin nəticələri “bioRxiv”də dərc edilib. Bildirilib ki, amerikalı alimlər buna meymuna Ebola ilə mübarizədə istifadə edilən remdesivir preparatı vurmaq vasitəsilə nail olublar.

Araşdırmaçılara görə, bu, heyvanlar üzərində aparılan təcrübədə təsdiqini tapan və SARS-CoV-2-yə təsir edən ilk preparatdır.

“Müalicə zamanı remdesiviri bacardıqca tez vurmaq lazımdır”, – araşdırmanın müəllifləri vurğulayıblar.