EBRD-nin yeni prezidenti seçilibbackend

EBRD-nin yeni prezidenti seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransalı Odil Reno-Basso dörd illik müddətə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti seçilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə qərar Bankın Londondakı mənzil-qərargahında keçirilən İdarə Heyətinin iclasında qəbul olunub. O, bu vəzifədə 2012-ci ildən bəri iki müddət EBRD-nin prezidenti olmuş britaniyalı Suma Çakrabartini əvəzləyib.

Son dörd ildə 55 yaşlı Reno-Basso Fransa İqtisadiyyat, Maliyyə və Yenidənqurma Nazirliyində Xəzinədarlığın baş direktoru vəzifəsində çalışıb.