Əbu Bəkir məscidinin camaatı Murovdağda Azərbaycan əsgərini ziyarət edib – VİDEObackend

Əbu Bəkir məscidinin camaatı Murovdağda Azərbaycan əsgərini ziyarət edibVİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın işğalçı Ermənistan ilə apardığı ikinci Qarabağ Müharibəsi əbəs yerə Vətən Müharibəsi adlandırılmır. Cinsindən, yaşından və sosial statusundan asılı olmayaraq hər kəs bu haqq savaşında öndə olan əsgərlərə yardım etmək, onlara bacırdıqları qədər dəstək göstərməyə çalışırlar.

NOCOMMENT.az xəbər verir ki, bir qrup Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cümə Məscidinin (el arasında Əbu Bəkir məscidi kimi tanınır) camaatı işğaldan azad olunmuş Murovdağı ətəklərində xidmət çəkən Azərbaycan əsgərlərini ziyarət edərək onlara baş çəkiblər.

Əsgərlərə sovqat aparmağı da unutmayan soydaşlarımız bu kimi səfərlərin cəbhənin digər bölgələrinə də davam edəcəyini vurğulayıblar. “Biz dövlət və dövlətçiliyi müdafiə edərək, hər zaman Ali Baş Komandan İlham Əlievin əmrlərinə tabe olub, onu dəstəkləməyə hazırıq. Cənab prezidentin bir kəlməsi yetər ki, hər birimiz bir əsgər kimi düşmənin üzərinə gedək və zəfər bayrağımızı yüksəldək. Allah dövlətimizi, Prezidentimizi və əsgərimizi qorusun”, – deyə əsgərlərlə görüşdə qeyd olunub.