Cümə axşamı Əbu-Dabidə itkin düşən ravvin Tsvi Koqanın meyiti aşkarlanıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə bu gün İsrail Baş nazirinin dəftərxanası və Xarici İşlər Nazirliyi məlumat yayıb.
İsrail və Moldova vətəndaşı olan Tsvi Koqanın ölümü terror aktı kimi qiymətləndirilib, İsrail kəşfiyyatı və Birləşmiş Ərəb Əmirliklərinin müvafiq strukturlarının araşdırmaya başladığı bildirilib.