ABŞ dövlət katibinin mətbuat katibi Driskollun rəhbərlik etdiyi nümayəndə heyəti Axios-a açıqlamasında Əbu-Dabidə aparılan ABŞ–Rusiya danışıqlarının müsbət nəticələr verdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, ABŞ ordusunun polkovnik-leytenantı Ceff Tolbert deyib ki, Driskoll komandası ilə birlikdə Ukraynada dayanıqlı sülhün əldə edilməsi üçün Rusiya nümayəndə heyəti ilə konstruktiv dialoq aparır:
“Danışıqlar yaxşı gedir və biz nikbinik. Dövlət katibi Driskoll proses boyunca Ağ Ev və ABŞ-ın aidiyyəti qurumları ilə sıx əməkdaşlıq edir”.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun başçılıq etdiyi Ukrayna nümayəndə heyəti də Əbu-Dabidə prosesə qoşularaq həm ABŞ, həm də Rusiya tərəfləri ilə paralel müzakirələr aparır.













