Əbülfəs Qarayev: Mən mətbuata danışmaq istəmirəmbackend

Əbülfəs Qarayev: Mən mətbuata danışmaq istəmirəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda Mədəniyyət naziri vəzifəsindən azad olunmuş Əbülfəs Qarayev hazırda evində dincəlir.

NOCOMMENT xəbər verir ki, modern.az saytının əməkdaşı eks-nazirlə əlaqə saxlayaraq ondan müsahibə almaq istəsə də, Ə.Qarayev geniş danışmaq istəməyib.

Sabiq nazir hələki hər şeyin yaxşı olduğunu bildirib: “Mən mətbuatla əlaqə saxlamaq, mətbuata danışmaq istəmirəm. Mənzilimdəyəm, yaxşıyam, hər şey normaldır. Təşəkkür edirəm”.

Əbülfəs Qarayev 21 may 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Bundan xeyli əvvəl mayın 8-də Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Həmin əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilimişdilər