Əbülfəs Qarayevə “Xalq dəstəyi” kampaniyası – FOTObackend

 Əbülfəs Qarayevə “Xalq dəstəyi” kampaniyası – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, daha bir Xalq artisti Mədəniyyət naziri Əbülfəs Qarayevin müdafiəsinə qalxdı.

Ötən gün isə Yenisabah saytına açıqlama verən xalq artisti Flora Kərimova Mədəniyyət nazirini açıq mətnlə müdafiə etmişdi. Bu gün isə Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə Ə.Qarayevin müdafiəsinə qalxıb.

Flora Kərimovaya təşəkkür edən B.Dadaşova hökumətin Ə.Qarayevi qoruyacağına inandığını yazıb:

“Flora xanım, çox sağ olun. Siz hər gördüyünü anlamadan fikir bildirən insanları maarifləndirdiniz. Mən inanıram ki, hökumətimiz Əbülfəs Qarayevi qoruyacaq. Allahin köməkliyi ilə haqq, ədalət tezliklə öz yerini tapacaq. Ə.Qarayev bizim xalqımız və mədəni irsimiz üçün dahi bəstəkar Qara Qarayevin yadigarıdır. O, bizim sevimlimizdir”.

“Əbülfəs Qarayev bizim sevimlimizdir” - Brilliant nazirin müdafiəsinə qalxdı