Əbülfəs Qarayevin müavini məhkəmə önündəbackend

Əbülfəs Qarayevin müavini məhkəmə önündə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən mədəniyyət nazirinin sabiq müavini Zakir Sultanovun məhkəməsi başlayıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baş tutub. Anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 1-nə təyin edilib.

Xatırladaq ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin müavini olan Zakir Sultanov tikinti işləri üçün ayrılan pullardan milyonluq “otkat”lar almaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir.