Əbülfəs Qarayevlə bağlı ziddiyyətli xəbərlər: həbsə gedir, yoxsa səfir?..backend

Əbülfəs Qarayevlə bağlı ziddiyyətli xəbərlər: həbsə gedir, yoxsa səfir?..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra işdən çıxarılan Əbülfəs Qarayevlə bağlı ziddiyyətli məlumatlar bir-birini əvəzləyir. Onunla bağlı yayılan məlumatlarda sabiq nazirin istintaqa cəlb olunduğu, iş üzrə şahid qismində dindirildiyi, yaxın vaxtlarda onun da müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunm ası, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov kimi həbs olunacağı iddia olunur.

Ə.Qarayev vəzifəsindən çıxarılandan sonra onun MDB və ya Avropa ölkələrindən birinə səfir göndərilə biləcəyi ehtimalı da var. Azərbaycanda “vurulmuş” kadrların səfir göndərilməsi praktikasını yada salanda bu xəbərlər bir az inandırıcı görünür. Amma onun “qara pulları”nın izinin Panama, Malta, Litva və Rusiyada üzə çıxması barədə yayılmış materiallar Qarayevin işinin yaxşı olmadığını təsdiq edir.

Ə.Qarayevin bir neçə ölkəyə, o cümlədən offşor adalara səpələnmiş çoxsaylı şirkətləri barədə sənədləri araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. Belə məlum olur ki, Ə.Qarayevin ailə şirkətləri Azərbaycanla yanaşı, Rusiya, Litva, Panama və Maltanı da əhatə edir.

Əslində DTX-nın Mədəniyyət Nazirliyində aşkarladığı bəzi korrupsiya faktları Qarayevin mədəniyyət pullarını necə taladığı haqqında müəyyən təəssürat yaradırdı. İndi isə məlum olur ki, o, Azərbaycandan çıxardığı pullarla xarici ölkələrdə daşınmaz əmlak və digər aktivlər alıb.

Ona görə də KEÇMİŞ nazirin GƏLƏCƏK təyinatı hələ də müəmmalıdır…

Musavat