Bu ilin ilk 9 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 570 nikah bağlanıb.
Bu barədə NOCOMMENT.az – a Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır.
Məlumata görə, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları ilə nikah bağlanıb.