Ədalət Muradovun rektor olduğu UNEC-də 1.2 milyonluq satınalmabackend

Ədalət Muradovun rektor olduğu UNEC-də 1.2 milyonluq satınalma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) auditoriyaların, xidməti otaqların və müxtəlif təyinatlı məkanların komplektləşdirilməsi ilə bağlı iri həcmli satınalma həyata keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti olub. Tərəflər arasında bağlanmış müqavilənin ümumi dəyəri 1.228.883,38 manat təşkil edir.

Müqaviləyə əsasən, universitet üçün müxtəlif təyinatlı mebel və avadanlıqlar alınacaq. Buraya 80 ədəd tribuna, 80 masa, 80 stul, 60 kompüter masası, müxtəlif tutumlarda paltar asılqanları, 3.500-dən çox parta-oturacaq, monitor üçün divar stendləri, masa dəstləri, sənəd və paltar dolabları və sair daxildir.

Alınacaq tribunaların texniki göstəricilərinə görə, üzərində monitor quraşdırmaq üçün xüsusi şüşəli yer, UNEC loqosu və universitetin adının həkk olunduğu lövhə nəzərdə tutulub. Həmçinin parta-oturacaqların həm sağ, həm də sol əl istifadəçilərinə uyğun variantları sifariş edilib.

Qeyd edək ki, UNEC-in rektoru professor Ədalət Muradovdur.