Ədalət Şükürov: 15 yaşlı uşaq ərə gedib nə edəcək?backend

Ədalət Şükürov: 15 yaşlı uşaq ərə gedib nə edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Başa düşə bilmirəm 15-16 yaşda bala ərə gedib nə edəcək? Onun oyuncaqla oynayan vaxtıdır. 15 yaşında qızın beyni başqa, 25 yaşlı oğlanın beyni başqa işləyir. İnsanın uşaqlığı, gəncliyi olmalıdır. Təki cavanlar evlənsin, heç nə olmaz, nənə-baba deyir, uşaq doğulsun özümüz baxacağıq. Olmaz! Ailə quranda ciddi düşünmək lazımdır. Bilin ki, ideal adam yoxdur. İdeal odur ki, sizi çox istəyəcək, çətin gündə qucaqlayacaq, işləyəndə başqa işi o edəcək, evin kişisi, ailənin başçısı olacaq. İdealı axtarmayın, tapa bilməyəcəksiniz. Bu həyatı dərk edən insanla ailə qurun”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov “Səhər mərkəzi” proqramında qonaq olarkən deyib.

Müğənni erkən nikahlardan danışıb. Ə.Şükürov qadın-kişi bərabərliyindən də söz açıb: “Bizdə mentalitet başqadır. Durub deyək, Avropadakı kimi olaq? İstəmərəm… Kişi kişi olmalıdır, ailəni saxlamalı, işgüzar olmalıdır. Təəssüf ki, ətrafda indi xanımlar kişidən daha işgüzardır. Oğlan deyir, satıcı, ofisiant işləyəcəm? Amma xanım işləyir. Bütün peşələrə hörmətlə yanaşırıq. Vay o adama ki, peşəsi yoxdur. Onun hörməti yoxdur”.