Eddi İsrafilov: “Neftçi” gələcək karyeram üçün yaxşı seçimdir”backend

Eddi İsrafilov: “Neftçi” gələcək karyeram üçün yaxşı seçimdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fiziki cəhətdən özümü yaxşı hiss edirəm”.

“NOCOMMENT” xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Eddi İsrafilov klubun rəsmi televiziyasına müsahibəsində deyib.

30 yaşlı futbolçu bildirib ki, uzun müddətdir İspaniya “Luqo”sunda hazırlıq keçirdi: “Əslində bu klubla müqavilə imzalamalıydım. Amma “Neftçi” ilə yaradılan əlaqədən sonra bu komandaya keçmək qərarına gəldim. Hesab edirəm ki, bu, gələcək karyeram üçün yaxşı seçimdir”.

Qeyd edək ki, Eddi İsrafilov “Neftçi” ilə 2,5 illik müqavilə imzalayıb.