Fransanın ədliyyə naziri Erik Dupond Moretti Respublika Ədliyyə Məhkəməsində “qanunsuz mənfəət” iddiası ilə mühakimə olunacaq.
NOCOMMENT.az xəbər verir ki, Morettinin məhkəməsi 6-17 noyabr tarixlərində nazirləri vəzifəsi zamanı törətdikləri cinayətlərə görə mühakimə etmək səlahiyyətinə malik məhkəmə orqanı olan CJR-də keçiriləcək.
Nazirlik vəzifəsindən sui-istifadə etməkdə və qeyri-qanuni mənfəət əldə etməkdə ittiham olunan Moretti vəzifə başında olduğu müddətdə CJR-də mühakimə olunacaq ilk ədliyyə naziri olacaq.