Rusiya Ədliyyə Nazirliyi xarici agentlərin reyestrini yeniləyib: siyahıya filoloq Polina Barskova, bloqer Vasili Sadonin və “Ostrıy uqol” media layihəsi daxil edilib.
NOCOMMENT.az xəbər verir ki, siyahı qurumun rəsmi saytında dərc olunub.
“Oktyabrın 10-da Rusiya Ədliyyə Nazirliyinin göstərişlərinə əsasən, xarici agentlərin reyestrinə P.Yu. Barskova, D.R. Zaqorye, V.V. Sadonin, T.A. Tuxvatullin, A.V. Şevtsov, həmçinin ‘Ostrıy uqol’ media layihəsi daxil edilib”, – deyə məlumatda bildirilir.
Qurumun məlumatına görə, adı çəkilən şəxslər Rusiyada dövlət qərarları və siyasəti barədə qeyri-dəqiq məlumatlar yaymaqda, həmçinin xarici agent və xarici KİV tərəfindən təqdim olunan informasiya platformalarında respondent qismində çıxış etməkdə iştirak ediblər.