Rusiyada ənənəvi mənəvi və əxlaqi dəyərləri xarici təsirlərdən qoruyacaq hüquqi tənzimləmə yaratmaq lazımdır.
NOCOMMENT.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin rəhbəri Konstantin Çuyçenko deyib.
Onun sözlərinə görə, dəyərləri təsvir edən lüğətin ilk versiyası sentyabra qədər Rusiya Federasiyasında çıxacaq.
“Bizim prioritet istiqamətlərimizdən biri ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılması və möhkəmləndirilməsi üzrə fəaliyyətdir. Bu işi asanlaşdırmaq üçün qanun əxlaqi qaydalara uyğunlaşdırılmalıdır”, – Çuyçenko deyib.
Nazirlik rəhbəri əlavə edib ki, artıq təhsil və elm qurumları ənənəvi dəyərlərin təsviri üçün işlənib hazırlayıblar ki, bu da standart izahlı lüğətə salınacaq. O əlavə edib ki, lüğətə əlavələr yeni normativ-hüquqi aktlar yaradılan zaman, eləcə də monitorinq və qanunların icrası prosesində tətbiq olunacaq.