Hüseyn Abdullayev avqustun 2-də ürək nahiyəsində olan narahatlıqla bağlı Bakı İstintaq Təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə apa-ya Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib.
“Məlumat üçün bildiririk ki, Hüseyn Abdullayevin səhhəti həkim nəzarətindədir”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, keçmiş deputat Hüseyn Abdullayevin infarkt keçirdiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.