Ədliyyə Nazirliyi iki partiyanı qeydiyyata alıbbackend

Ədliyyə Nazirliyi iki partiyanı qeydiyyata alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda daha iki partiya dövlət qeydiyyatına alınıb.

NOCOMMENT-in xəbərinə görə, bu barədə Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev məlumat verib.

O bildirib ki, MCP-nin qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini Toğrul Musayev və nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə təqdim edilib: “Hər iki dövlət məmuru ilə çox əhəmiyyətli söhbətimiz alındı. Həqiqətən müxalifətə, qəbula və ölkədə yeni yaranan siyasi vəziyyətə münasibət müsbətə doğru xeyli dəyişib”.

O əlavə edib ki, görüşdə həm də Real Alternativ (ReAl) Partiyasının rəhbərliyinə (partiya sədri İlqar Məmmədova) qeydiyyat sertifikatı təqdim olunub.