Eduard Şarmazanov: Ermənistan hakimiyyəti Bakı və Ankaraya güzəştə gedirbackend

Eduard Şarmazanov: Ermənistan hakimiyyəti Bakı və Ankaraya güzəştə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistanda çox faciəli bir vəziyyət yaranıb, ayrıca götürülmüş Sünik və ya Qarabağ məsələsi yoxdur. Yalnız erməni məsələsi var”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov avqustun 30-da jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, əvvəlcədən proqnozlaşdırdığı hər şey artıq gerçəkləşir.

“Bir neçə ay əvvəl, təslim olmadan dərhal sonra dedim ki, Ermənistandakı iqtidar yenidən seçilsə və idarə olunmağa davam etsə, ölkə türk vilayətinə çevriləcək”, – deyə Şarmazanov xatırladıb.

Şarmazanovun fikrincə, Ermənistandakı mövcud hökumət erməni məsələsi Türkiyənin maraqlarını nəzərə alaraq həll edir.

O qeyd edib ki, Ermənistan hakimiyyəti əslində, Bakı və Ankaraya güzəştə gedir, onlar da öz növbəsində rəsmi İrəvana yeni-yeni ilkin şərtlər qoyur və Ermənistan üçün daha bir ağrılı güzəşt tələb edirlər.

“Bundan sonra yeni bir mərhələ başlayır – erməni yaşayış məntəqələrinin adlarının Azərbaycan tərzində dəyişdirilməsi”, – deyə mətbuat katibi fikrini yekunlaşdırıb.