Edvard Snouden Avropa Parlamentinə seçkiləri Bayden üçün pis əlamət adlandırıbbackend

Edvard Snouden Avropa Parlamentinə seçkiləri Bayden üçün pis əlamət adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinə seçkilərdə hərbi münaqişələri dəstəkləyən siyasətçilər sərt şəkildə cəzalandırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə keçmiş amerikalı kəşfiyyatçı Edvard Snouden özünün “X” səhifəsində Avropa Parlamentinə keçirilən son seçkiləri şərh edərkən bildirib.

“ABŞ prezidenti Co Bayden üçün yaxşı əlamət deyil. Ola bilsin ki, sülhə şans verməyin vaxtı çatıb”, – Snouden yazıb.

İyunun 9-da məlum olub ki, iyunun 6-dan 9-dək keçirilən Avropa Parlamentinə seçkilərdə Avropa Xalq Partiyası (APP) birinci yeri tutub. İlkin nəticələrə görə, EPP AP-dəki 720 yerdən 181-ni alıb, eyni zamanda, hazırkı seçkilərdə ikinci yeri Sosialistlər və Demokratlar partiyası tutub. O, 135 mandat alıb. Öz növbəsində AP-də sağçı “İdentifikasiya və Demokratiya” fraksiyası və mötədil sağçı “Mühafizəkarlar və İslahatçılar” fraksiyaları ümumilikdə 133 yer qazanıb.