ƏƏSMN-ə uşaq evlərində xidmətlə bağlı tapşırıqlar verilibbackend

ƏƏSMN-ə uşaq evlərində xidmətlə bağlı tapşırıqlar verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni tapşırıq verilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsi haqqında” müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, ƏƏSMN-ə uşaqların uşaq evinə qəbulu və oranı tərk etməsi, həmçinin uşaq evlərində uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış mühiti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.