Əfqanıstan ABŞ-a Baqram bazasını təhvil verməkdən imtina edibbackend

Əfqanıstan ABŞ-a Baqram bazasını təhvil verməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taliban” hərəkatının (terror təşkilatları siyahısına daxil edilib) sözçüsü Zabiullah Mücahid bəyan edib ki, Əfqanıstan ABŞ-a Baqram hərbi bazasını verməyəcək.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini Al Arabiya yayıb.

“Baqram Əfqanıstan ərazisinin bir hissəsidir. O, ölkənin digər torpaq sahələrindən heç nə ilə fərqlənmir”, – hərəkatın nümayəndəsi bildirib.

Eyni zamanda, o vurğulayıb ki, Əfqanıstan öz ərazisini satmaq və ya ondan imtina etmək niyyətində deyil.

Xatırladaq ki, “Taliban” 15 avqust 2021-ci ildə Əfqanıstan üzərində tam nəzarət qurduğunu elan edib. Hərəkat ölkənin bütün böyük şəhərlərini və sərhəd-keçid məntəqələrini ələ keçirib. Daha sonra taliblər tam qələbə qazandıqlarını bildirərək yeni hökumət formalaşdırıblar.

2021-ci il avqustun 31-də ABŞ Əfqanıstandakı 20 illik hərbi missiyasını başa vuraraq, ölkədən hərbi kontingentini tam çıxarıb.