Əfqanıstanda əsr saxlanılan 4 min “Taliban” yaraqlısı azad edildibackend

Əfqanıstanda əsr saxlanılan 4 min “Taliban” yaraqlısı azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstan hökuməti “Taliban” hərəkatının daha əvvəl ələ keçirilmiş 3 895 yaraqlısını azad edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə prezidentinin sözçüsü Sədiq Sıddıqi bildirib.

Bir qədər sonra da “Taliban”ın Doha ofisinin nümayəndəsi Süheil Şahin də “Twitter” hesabından Bədəxşan əyalətində təhlükəsizlik qüvvələrinin daha 34 əməkdaşını azad etdiklərini açıqlayıb.

Xatırladaq ki, bu ilin fevral ayında ABŞ ilə “Taliban” hərəkatı arasında Dohada sülh razılaşması imzalanıb. Ölkə ərazisindən əcnəbi hərbi qüvvələrinin mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan bu razılaşma çərçivəsində ABŞ-ın dəstəklədiyi Əfqanıstan hökuməti ilə “Taliban” arasında gərginliyi azaltmaq istiqamətində bir sıra addımlar atılır.

“Report”