Əfqanıstanda GÜCLÜ zəlzələbackend

Əfqanıstanda GÜCLÜ zəlzələ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın Hindukuş dağları bölgəsində 6,5 bal gücündə zəlzələ baş verib.

NOCOMMENT.az xəbər verir ki, zəlzələnin Pakistan və Hindistanda da hiss olunduğu bildirilib.

ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamaya görə yeraltı təkanlar yerin 188 kilometr dərinlikdə qeydə alınıb.

Pakistanın paytaxtı İslamabad, Lahor və bir çox şəhərlərdə hiss edilən zəlzələnin ən azı 30 saniyə davam etdiyi bildirilib.

Pakistanda çoxlu insan küçələrə axışıb.

Zəlzələdə can və ya mal itkisi barədə hələlik məlumat verilməyib.

NOCOMMENT.AZ