Əfqanıstanda hökumət işçilərinə gündə 5 dəfə məscidə getmək məcburi olacaqbackend

Əfqanıstanda hökumət işçilərinə gündə 5 dəfə məscidə getmək məcburi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstan hökumətinin işçiləri gündə beş dəfə məscidə getməlidir, əks halda cəzalandırılacaqlar.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Talibanın ali lideri Hibatullah Axundzadə İslamın təfsirini tətbiq edən son fərmanında bildirib.

Axundzadənin imzaladığı qərarda deyilir: “(Taliban hökumətinin) nazirlik və qurumlarının məsul şəxsləri şəriət tərəfindən müəyyən olunmuş vaxtlarda camaatla namaz qılmağa məcburdurlar”.

Bildirilib ki, “üzrlü səbəb olmadan” namazı buraxan işçilərə xəbərdarlıq ediməli, qanun pozuntusuna təkrara yol verərsə, “müvafiq vəzifəli şəxs onu layiqincə cəzalandırmağa borcludur”.

Taliban hökumətinin sözçüsü AFP-nin cəzanın nədən ibarət olacağı ilə bağlı sorğusuna cavab verməyib.

İşçilərin qeyri-iş saatlarında namaz qılmağına polis tərəfindən necə nəzarət ediləcəyi açıqlanmayıb.