İrandan sonra qızların zəhərlənməsi halları qonşu Əfqanıstana da yayılıb.
NOCOMMENT.az xəbər verir ki, Əfqanıstanda ibtidai məktəbdə oxuyan 80-ə yaxın qız şagirdin zəhərləndiyi bildirilib.
Şənbə və bazar günləri ölkənin şimalında Sar-i Pol vilayətində baş verən hadisələrdə Nəsvan Kabod ibtidai məktəbində 60 şagirdin, Nəsvan Fayzebad ibtidai məktəbində isə 17 şagirdin zəhərləndiyi bildirilib.
“Hər iki ibtidai məktəb bir-birinə yaxındır və ardıcıl olaraq hədəfə alınıb. Zəhərlənən şagirdlər xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti yaxşıdır” deyə Mohammed Rahmani açıqlama verib.
NOCOMMENT.AZ