Əfqanıstanda son bir sutkada 40 nəfər öldürüldü – BMTbackend

Əfqanıstanda son bir sutkada 40 nəfər öldürüldüBMT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saat ərzində Helmand əyalətində baş verən qarşıdurmalarda 40 mülki şəxs öldürülüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) məlumat yayıb.

Məlumata görə, 118 mülki şəxs yaralanıb. Qarşıdurmalar səbəbindən minlərlə insan evlərindən didərgin düşüb.

Qeyd edək ki, artıq bir həftədir ki, Əfqanıstanın cənubundakı Qəndəhar, Helmand və Qərbi Herat vilayətlərində Talibanla təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir. /axar.az