Əfqanıstanda yüzlərlə məhbus həbsxanadan qaçdıbackend

Əfqanıstanda yüzlərlə məhbus həbsxanadan qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda yüzlərlə məhbus həbsxanadan qaçıb.

Bu barədə NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, həbsxanadan kütləvi qaçış ölkənin şərqindəki Çarikare şəhərində qeydə alınıb. Əfqanıstan polisi qaçışın həbsxana müdirinin səhlənkarlığı ucbatından olduğunu bildirib. Mühafizəçilər qanun pozucularına atəş açaraq onları dayandırmağa çalışıblar.

Qeyd olunur ki, həbsxanada “Taliban” hərəkatının silahlıları da daxil olmaqla, təxminən 600 nəfər olub.

Vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Əfqanıstan sakinləri həyat üçün təhlükə yaradan yaşayış məntəqələrini tərk etməyə çalışırlar. Küçələrdə nəhəng tıxaclar yaranıb.

Xatırladaq ki, bir qədər əvvəl silahlılar ölkəyə nəzarəti tam ələ aldıqlarını açıqlayıb./report