Əfqanıstanda yüzlərlə qadın həbs edildi – SƏBƏBbackend

Əfqanıstanda yüzlərlə qadın həbs edildi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu həftə Əfqanıstanda bir neçə qadının səhv hicab geyindiyinə görə həbs edildiyi bildirilir. Bu, ölkədə ilk belə haldır. Nə qədər adamın saxlandığı bəlli deyil.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, əfqan hakimiyyət orqanları ilk dəfə olaraq qadınların düzgün olmayan geyim qaydalarına görə repressiyalara məruz qaldığını rəsmən bəyan ediblər. Nazirlik rəsmiləri qadınlara İslami geyim qaydalarına riayət etməyi tövsiyə edib və həbslər onlar tövsiyələrə əməl etməkdən imtina etdikdən sonra baş verib.

Onun sözlərinə görə, idarəyə mütəmadi olaraq qadınların düzgün hicab taxmaması ilə bağlı şikayətlər daxil olur – bu, 2,5 ilə yaxındır ki, davam edir. Qaydalar İslami dəyərlərə və ayinlərə əməl etməyən və digər qadınları yanlış hicab geyinməyə təşviq edən məhdud sayda qadınlar tərəfindən pozulur. Rəsminin qeyd etdiyi kimi, polis işi məhkəmə orqanlarına təhvil verəcək. Həbs olunanlar zaminə buraxıla bilər. O, xəbərdarlıq edib ki, hər əyalətdə səhv hicab geyinən və ya ümumiyyətlə geyinməyənlər saxlanılacaq.

Xatırladaq ki, bir müddət əvvəl Əfqanıstanda 2021-ci ilin avqustunda hakimiyyətə gələn Taliban qadın gözəllik salonlarının fəaliyyətini qadağan etmişdi. Bundan əlavə, qadınların parklara və idman zallarına getməsinə, təhsil almasına icazə verilmir.

Qeyd edək ki, İranda 2022-ci ildə əxlaq polisi səhvən hicab taxan qızı saxlamışdı. Sonradan onun ölümü ilə bağlı məlumat ölkədə etiraz dalğasına səbəb olmuşdu və bir çox qadın hicablarını yandıraraq sosial şəbəkələrdə müvafiq videolar yaymışdı.