Əfv Komissiyası yenidən toplaşırbackend

Əfv Komissiyası yenidən toplaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

NOCOMMENT.az xəbər veirr ki, bu barədə Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, saat 15:00-da başlayacaq iclasda Komissiyaya daxil olan müraciətlər araşdırılacaq: “Bu gün Əfv Məsələləri Komissiyasının 6-cı iclası keçiriləcək. Amma bunun sonuncu olacağı bilinmir, ola bilər ki, daha bir iclas olsun. Bu, saat 3-də keçiriləcək iclasda məlum olacaq. Artıq demək olar ki, müraciətlər də yekunlaşmaq üzrədir. Sənədlər toplanıb və sonra Prezidentə təqdim olunacaq”.

Qeyd edək ki, 28 May – Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanacağı gözlənilir./qafqazinfo