Əfv Komissiyasının üzvü: Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilirbackend

Əfv Komissiyasının üzvü: Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi üçün müəyyən hazırlıqlar var. Əfvlə bağlı həddindən artıq müraciətlər mövcuddur”.

Bunu NOCOMMENT-ə açıqlamasında komissiyanın üzvü, Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O xatırladıb ki, Əfv Komissiyasının yeni tərkibi formalaşıb: “Bu sahədə müəyyən yeniliklər də gözlənilir. Cəza sisteminin humanistləşdirilməsi və əfv addımlarını əldə tutaraq Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və insanların işinə baxılmasına qərar veriləcək”.