Ege Hospital məhkəməyə verildi – Təzminat tələbibackend

Ege Hospital məhkəməyə verildi – Təzminat tələbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ege Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.

NOCOMMENT.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, klinika barəsində məhkəməyə Abbasov Əbülfət Əsgər oğlu müraciət edib.

Məhkəmədə xəstəxana rəhbərliyi ilə yanaşı, orada çalışan zob həkimi dr. Əliyev Fuad Yusif oğlu, qulaq-burun-boğaz və baş-boyun cərrahı Araz Əliyev də cavabdeh qismində iştirak edəcək.

hekim
 

Əbülfət Abbasov həkimlər barəsində “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi və mənəvi ziyanın ödənilməsi” iddiasını qaldırıb.

İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilovanın sədrliyi ilə baxılacaq.