Əgər İsveç öz öhdəliklərini yerinə yetirsə, danışarıqbackend

Əgər İsveç öz öhdəliklərini yerinə yetirsə, danışarıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Mövlud Çavuşoğlu, “İsveç üzərinə götürdüyü öhdəliyi yerinə yetirərsə, oturub danışarıq. Amma hazırda İsveçin NATO üzvlüyünə “hə” deməyimiz mümkün deyil” dedi.

NOCOMMENT xəbər verir ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijarto ilə birgə mətbuat konfransında danışıb.

Nazir Çavuşoğlu çıxışında bunları söylədi:

Biz NATO-nun inkişafını istəyirik. Fevralda iki ölkənin üzvlük məsələsi parlamentin gündəliyinə daxil olacaq. Türkiyə NATO-nun birliyinə və təhlükəsizliyinə ən çox töhfə verən 5 ölkədən, büdcəsinə isə ən çox töhfə verən 8 ölkədən biridir.

İsveç və Finlandiyanın təhlükəsizlik narahatlıqlarını başa düşürük, lakin Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını anlamamaları qəbuledilməzdir.

PKK və FETÖ-nün xüsusilə İsveçdə sıx bir varlığı var. Pul toplama, terrorun maliyyələşdirilməsi, adamların cəlb edilməsi, təbliğat işləri davam edir.