“Əgər kimsə “agent” olmaqda şübhəlidirsə, onu…” – Elşən Xəzər danışdıbackend

Əgər kimsə “agent” olmaqda şübhəlidirsə, onu... – Elşən Xəzər danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Azərbaycana qarşı açıq düşmənçilik siyasəti, təxribatları, mənfur əməlləri davam edir. İran rəhbərliyi səfirliyimizdə yanvarın 27-də törədilən, mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətlə yetirilməsi, iki əməkdaşın isə hücumun qarşısını alarkən yaralanması ilə nəticələnən terror aktına görə Azərbaycandan üzr istəmək əvəzinə, ölkəmiz əleyhinə yeni-yeni planlar qurur. Azərbaycana zərər vurmaq üçün bütün vasitələrə əl atır. Səfirliyimizdə törədilən terror aktı da molla rejiminin ölkəmizə qarşı uzun müddətdir davam edən xain, mənfur siyasətinin nəticəsi idi.

Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar bir müddətdir ki, davam edir. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində bir neçə şəbəkə ifşa olunub, saxlanılanlar var. Onlar arasında Əhli-Beyt şairləri və məddahlar da var.

Sosial şəbəkələrdə bu mövzuda keçmiş meyxanaçı, məşhur məddah və Əhli-Beyt (ə) şairi olan Elşən Xəzərin də adını hallandıranlar az deyil.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Elşən Xəzər haqqında səsləndirilən bu cür iddialara fikir vermədiyini bildirib:

“Mən siyasətçi, politoloq deyiləm ki, İranla Azərbaycan arasında baş verənlər barədə geniş məlumatım olsun. Mən şairəm. Bu haqda aylar öncə də danışmışam. Sosial şəbəkədir, hamı istədiyini istədiyi şəxs haqqında yaza bilir. Mən də başqaları haqda istədiyimi yaza bilərəm. Sosial şəbəkələrdən ciddi nə isə gözləmək olmaz.

Bundan əlavə, əgər kimsə “agent” olmaqda şübhəli olarsa, dövlət, Daxili İşlər Nazirliyi onu nəzarətə götürər. Sosial şəbəkələrdə haqqımda edilən iddiaların hamısına bir-bir reaksiya verməyin mənası yoxdur”.