​”Əgər Rusiya Ukraynada nüvə silahı tətbiq edərsə….” – Politoloqbackend

​”Əgər Rusiya Ukraynada nüvə silahı tətbiq edərsə….” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar dünya mediasında Vladimir Putinin və digər Rusiya höküməti nümayəndələrinin açıqlamalarında tez-tez nüvə sınaqları ifadəsinə rast gəlirik.

Ukrayna müharibəsində istədiyi nəticəni əldə edə bilməyən Rusiya tərəfinin nüvə silahından istifadəsi mümkündürmü?

Bu baş verdiyi halda sizcə Rusiya Qərbin cavabı necə olacaq?

Mövzu ilə bağlı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin (BMDAM) sədri, politoloq Samir Hümbətov NOCOMMENT.az-ın suallarını cavablandırıb.

Politoloq sözlərinə görə, Rusiya-Ukrayna cəbhəsində olduqca gərgin vəziyyət hökm sürür :

Bilirsiz, Rusiya-Ukrayna müharibəsində hələki nə Rusiya, nədə Ukrayna tam istəyinə çatmayıb. Ukraynanin əraziləri hələki işğal altındadır. Cəbhələrdə üstünlük tam olaraq heçkimin xeyrinə deyil. Bəzən Rusiya müəyyən bir cəbhədə irəliləyir, bəzən də Ukrayna. Əslində cəbhələrdə bugün belə deyək güc savaşı davam edir. Düzdü tez-tez deyirlərki Rusiya nüvə silahından istifadə eləyə bilər.

Politoloq qeyd edib ki, birincisi “nüvə silahından necə istifadə edər”? məsələsi önəmlidir, çünki 1967- ci il nüvə anlaşması ilə bağlı müqavilə imzalanıb. 1967-ci ilin sonu, 1968-ci ilin əvvəllərində nüvə müqaviləsi imzalanması ilə bağlı bir sənəd var və bu, nüvənin yayılmasının qarşısının alınması üçün idi. Orda belə bir maddə öz əksini tapır ki, nüvə sahibi olan dövlətlər nüvə sahibi olmayan dövlətlərə qarşı bundan istifadə eləyə bilməz. Əgər istifadə edərsə o zaman digər nüvə dövlətləri həmin nüvə dövlətinə qarşı (yəni nüvədən istifadə eləyə bilər) güc tətbiq eləyə bilər.

Əslində Rusiyanın qarşısını alan birinci məsələ budur. Əgər belə bir hal baş versə o zaman qərbdə ən azı 3 dövlət İngiltərə, ABŞ və Fransa Rusiyaya qarşı həmin nüvə silahından istifadə eləyə bilərlər.

İkincisi nüvə silahı atmaq o qədər asan məsələ deyil. Dünya tarixində ilk dəfə ABŞ Xirosima və Naqasakidə zamanında bu vasitədən istifadə edib. Artıq 80 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələdə orada şüalanma davam etməkdədir və buda müxtəlif xəstəliklərin yayılmasına səbəb olur.

Üçüncü bir tərəfdən Ukrayna ərazisi Rusiyaya çox yaxındır. Əlbəttə ki, Rusiya burda nüvə silahından istifadə edərsə bu təkcə Ukrayna deyil, eyni zamanda Rusiyanın öz ərazisini də zəhərləyə bilər və ümumilikdə, Rusiya Ukrayna regionu coğrafi baxımdan tamamilə sıradan çıxara bilər. Bəli siz indi deyə bilərsiniz ki, taktiki nüvə silahlarından istifadə eləyə bilər. Amma oda öz növbəsində böyük zərərlər yarada bilər.

O baxımdan düşünürəm ki, indiki mənada bu haradasa Bleyf kimi dəyərləndirilə bilər və Rusiya bunu təkcə atmağı fikirləşmir. O, bu addımı atdıqdan sonra digər dövlətlərin reaksiyasının nə olacağınıda düşünür. Bu baxımdan mənə elə gəlir ki, Rusiya bunu edəcəksə Qərbdə ona qarşı həmin maddəni işə sala bilər.

Elnur Quliyev