“Əgər su maşının şitinə qədər qalxıbsa, heç həmin maşını sürməyin adı yoxdur” – Avtomobil ustasıbackend

“Əgər su maşının şitinə qədər qalxıbsa, heç həmin maşını sürməyin adı yoxdur” – Avtomobil ustası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Bakıda yağan yağış bir çox ərazilərdə subasmaya səbəb oldu. Yollarda hərəkət edən avtomobillərin çoxu suyun içində qaldı. Bu isə təbii ki, onların detallarına təsirsiz ötüşmədi.

Bəs suyun içində qalan avtomobillərin aqibəti necə olur?

NOCOMMENT.az xəbər verir ki, bu barədə avtomobil ustası Fərzalı Mirzəyev Redaktor.az-a açıqlamasında bildirdi ki, həmin avtomobillər bir müddət sonra tamamilə sıradan çıxa bilər:

“Maşının təkəri tamamilə suya girirsə, onun beyninə də, matoruna da ziyan dəyir. Bu cür hallarda avtomobilin beyni yana bilər, hansı ki, bu, ən bahalı detaldır. Maşının beyni bütün elektrik sisteminin idarə olunduğu yerdir. Qiyməti isə 1500-2000 manatdan başlayır. Maşın bahalaşdıqca beyninin qiyməti də 5-6 minəcən bahalaşır, hətta elə maşın var ki, beyni 10 min manatdır. Bundan başqa, avtomobilin motoru da zərər görə bilir. Bəzi maşınların motor detalları olduqca bahadır”.

Ustanın sözlərinə görə, suda qalanda avtomobildə 100 faiz çürümə baş verir:

“Ola bilsin, suya təzə girib deyə heç kim heç nə hiss eləmir. Ancaq yayın istiliyində “zazor”larda, əsasən lentin aralarında qalan sular maşını paslandırmağa başlayır. Bu, həm elektromobil, həm də hibrid avtomobillərdə eyni qaydada baş verir, hətta onların daha çox xərci çıxa bilər. Çünki onlarda elektrik sistemi, batareya, akkumulyator detalları daha bahalıdır”.

F.Mirzəyev qeyd etdi ki, maşının suda qalması onun qiymətinə də təsir edir:

“Başı çıxan adam alanda görsə ki, həmin maşın suda qalıb, həmin maşının 10 minlik qiyməti olsa, heç 5 minə də almamalıdır. Maşının suda qaldığını da bəzi nüanslardan bilmək olur. Belə ki, suda qalan maşının içindən nəmişlik iyi gəlir, həm də kompüterə saldıranda orada nə qədər xəta varsa, görünür. Hər nə qədər yaxşı silib qurutsalar da, sistemi təmizləsələr də, kompüter onun suda qalıb-qalmadığını ortaya çıxardır.

Motorxanada bolt-qaykaların üstü bir az paslanır. Əsasən də maşının qapısını açan zaman oradakı sep yağış suyunun duzluluğundan paslanmış kimi olur, ərp bağlayır. Bundan başqa, salonda oturacaqların da boltları var ki, onlar paslananda bilinir ki, həmin avtomobil suda qalıb”.

Mütəxəssis sudan zərər görən avtomobillərin ömründən də danışdı:

“Suyun içində qalan avtomobil 4-5 il də sürülə bilər. Burada ustanın yaxşı işləməsindən çox şey asılıdır. Ancaq çürüməsinin qarşısını almaq mümkün deyil. Çünki usta girib iki dəmirin arasından həmin pası təmizləyə bilmir. Bizimkilər, adətən köhnə maşınları düzəldib, sürürlər. Ancaq “metallom”a verilsə, daha yaxşıdır. Çünki əgər su maşının şitinə qədər qalxıbsa, heç həmin maşını sürməyin adı yoxdur. Nə qədər düzəltsən də, gündə bir problemi çıxacaq”.