Əgər Zurabişvilinin qarşısını kəsmişiksə… – Qaribaşvilibackend

Əgər Zurabişvilinin qarşısını kəsmişiksə… – Qaribaşvili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər hökumət prezidentin qarşısını kəsirsə və onu heç yerə buraxmırsa, o Brüsselə necə gedə bildi?

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Salome Zurabişvilinin Fransa, Polşa və Ukraynaya səfər etmək istəyinin hökumət tərəfindən bloklandığı bəyanatına cavab olaraq deyib.

Onun sözlərinə görə, başqa ölkələrə səfərlə bağlı prezident tərəfindən heç bir tələb daxil olmayıb:

“Son bir neçə həftə ərzində mən prezidentdən aldığım bütün rəsmi müraciətləri imzalamışam, onun bütün xahiş və istəklərini təmin etmişəm. Yadınızdadırmı, prezident Almaniyaya, Fransaya və indi isə İtaliyaya səfər edib. Təəccüblü odur ki, bu bəyanatı xanım Salome Brüsseldən edib. Əgər hökumət prezidentin dediyi kimi onun qarşısını kəsirsə və onu heç yerə buraxmırsa, o zaman prezident necə oldu da Brüsselə getdi? Başqa ölkələrə səfərə gəlincə, mən vətəndaşlara tam məsuliyyətlə izah etmək istəyirəm ki, bu günə kimi başqa ölkələrə səfərlə bağlı prezident tərəfindən heç bir tələb daxil olmayıb”.