Egey dənizində yüzlərlə miqrant saxlanılıb – Türkiyəyə qaytarılırbackend

Egey dənizində yüzlərlə miqrant saxlanılıb – Türkiyəyə qaytarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Egey dənizində qeyri-qanuni yollarla Türkiyədən Yunanıstana keçmək istəyən 141 miqrant saxlanılıb. Onlardan 48-i azyaşlıdır.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin İzmir vilayətinin sahillərinə yaxın sularda aşkar edilən şəxslər rezin qayıqlarla başqa ölkəyə keçməyə cəhd göstəriblər. Onlardan 52-ni Yunanıstan geri göndərib.

Batmaq təhlükəsi ilə üzləşən qayıqlardan xilas edilən miqrantların 17-i uşaqdır. İzmirdə insan qaçaqmalçılığında şübhəli bilinən və hadisə ilə əlaqəsi olduğu ehtimal edilən iki nəfər saxlanılıb.

Miqrantlar aidiyyəti qurumlara təhvil verilib.